Güney Azərbaycan Teşkilatları Əməkdaşlıq Şurasının (GATƏŞ) Göteborgda Keçiriləcək Yürüşə Dəstək Bəyanatı

4 saat əvvəl 1 dəq oxu
Güney Azərbaycan Teşkilatları Əməkdaşlıq Şurasının (GATƏŞ) Göteborgda Keçiriləcək Yürüşə Dəstək Bəyanatı

Son həftələrdə İran’da baş verən hadisələr, ölkə daxilində yaşayan xalqlara qarşı həyata keçirilən genişmiqyaslı zorakılıq, qətliamlar və sistemli insan haqları pozuntuları dərin narahatlıq doğurur və qətiyyətlə qınanır. Günahsız insanların qətlə yetirilməsi, şəhərlərin hərbi mühasirə altına alınması və xalqın səsinin zor gücü ilə boğulmağa çalışılması insanlığa qarşı cinayətdir.


Bu ağır şəraitdə 24 Yanvar şənbə günü Göteborgda keçiriləcək etiraz və dəstək yürüşü, diktaturaya, milli ayrı-seçkiliyə və dövlət zorakılığına qarşı etiraz səsini ucaltmaq məqsədi daşıyır. Təbi ki bu yürüş eyni zamanda millətimizin haqlarına dəstək vermək xarakteri daşımaqdadır. Bu aksiyada eyni zamanda geriçi Pəhləviçi cərəyanın provokativ tutumları da qınanacaqdır.


Güney Azərbaycan Teşkilatları Əməkdaşlıq Şurası (GATƏŞ) olaraq, “Azadlıq – Ədalət – Milli Hökumət” şüarı ilə təşkil olunan bu mitinqi dəstəklədiyimizi bəyan edir, Azərbaycanın və ümumikikdə İranın fərqli bölgələrində yaşayan Türk Millətinin iradəsinin susdurula bilməyəcəyini bir daha vurğulayırıq. Xalqımızın azad gələcəyi uğrunda aparılan bu haqlı mübarizə davam edəcəkdir.





Güney Azərbaycan Teşkilatları Əməkdaşlıq Şurası (GATƏŞ)



21/01/2026