Təbrizdə həkim Şəmsi Abbasəli-zadə saxlanılıb və xəsarət alıb

2 saat əvvəl 1 dəq oxu
Təbrizdə həkim Şəmsi Abbasəli-zadə saxlanılıb və xəsarət alıb

Təbrizdə qadın xəstəlikləri və doğuş üzrə ixtisaslaşmış həkim, Tibb Universitetinin müəllim heyətinin üzvü olan Şəmsi Abbasəli-zadə çərşənbə günü etirazlar zamanı təhlükəsizlik qüvvələri tərəfindən döyülüb və beyin travması alıb. O, daha sonra naməlum yerə aparılaraq saxlanılıb.


Məlumatı azərbaycanlı hüquqşünas və hüquq müdafiəçisi Qasım Bodi sosial şəbəkə X-də yayıb. Abbasəli-zadə 2022-ci ildəki etirazlar zamanı da saxlanılmış və tələbə aksiyalarında Aylər Haqinin öldürülməsinə etiraz etdikdən sonra bütün tədris və tibbi fəaliyyətlərindən kənarlaşdırılmışdı.


2022-ci il dekabrın 9-da “Əl-Zəhra” xəstəxanasının klinik tələbələri bir neçə müəllimlə birlikdə Abbasəli-zadənin işdən uzaqlaşdırılmasına etiraz olaraq aksiya keçiriblər. Paylaşılan məlumatlarda onun peşə fəaliyyətini şəxsi maraq olmadan universitetə və xəstəxanaya həsr etdiyi bildirilir. Onun hazırkı vəziyyəti və saxlanıldığı yer barədə məlumat yoxdur.