İran rejiminin parlament sədri Məhəmməd Bağır Qalibaf noyabrın 29-da, bazar günü bir qrup İran media rəhbəri ilə görüşdə deyib: «Cəsarətlə bəyan edirəm ki, ABŞ və İsrailin bizə qarşı apardığı 12 və 40 günlük müharibələr kimi klassik hərbi müharibədə çəkindirmə nöqtəsinə çatmışıq və digər sahələrdə də çəkindirmə nöqtəsinə çatmağa borcluyuq».
Qalibaf sözlərinə davam edərək deyib: «Nə müharibə, nə sülh vəziyyətinə son qoymalıyıq, yəni müharibə və təhdid kölgəsini üzərimizdən götürməliyik. Təhdid kölgəsini götürmək yalnız danışıqlarla və ya yalnız müharibə ilə mümkün deyil, bu məqsədə davamlı çəkindirmə nöqtəsinə çatmaqla nail olmaq olar».
Parlament sədri həmçinin bildirib ki, əgər düşmən yanlış hesablama aparıb İrana qarşı yeni müharibəyə başlamaq istəsə, onlara qarşı 40 günlük müharibədəkindən fərqli şəkildə dayanacaqlar.
Qalibaf əlavə edib: «Bugünkü vəziyyət Uhud döyüşündəki qələbəyə bənzəyir. Həmrəylik və düşmən qarşısında zəiflik nümayiş etdirmək məsələsi isə Uhud keçidi kimidir. Həmrəyliyi qorumaqla və zəiflik göstərməməklə bu keçidi yaxşı mühafizə etməliyik».