bazar, 29 noyabr 2026
Xəbər

Talas 2028-ci ildə türk dünyasının mədəniyyət paytaxtı seçilib

Talas 2028-ci ildə türk dünyasının mədəniyyət paytaxtı seçilib

Qırğızıstanın Talas şəhəri 2028-ci ildə türk dünyasının mədəniyyət paytaxtı seçilib. Bundan başqa, həmin il türk dünyasının məşhur yazıçısı Çingiz Aytmatovun adına elan olunub.

Kabar xəbər agentliyinin məlumatına görə, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) baş katibi Sultan Rayev bildirib ki, bu qərarlar təşkilatın Daimi Şurasının Özbəkistanın Əndican şəhərində keçirilən 43-cü iclasında qəbul olunub.

2028-ci il Qırğızıstanın görkəmli yazıçısı Çingiz Aytmatovun anadan olmasının 100 illiyinə təsadüf edir. Yazıçının əsərləri dünyanın bir çox dilinə tərcümə olunub.

Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Türkmənistan nümayəndələrinin qatıldığı TÜRKSOY iclasında türk dünyası ölkələri arasında mədəni əməkdaşlığın genişləndirilməsi məsələsi də müzakirə edilib.

Bu xəbəri paylaşın