cümə, 27 noyabr 2026
Xəbər

Bloomberg: Nvidia-nın qadağan olunmuş çipləri Şanxaydakı məlumat mərkəzində aşkarlanıb

Bloomberg: Nvidia-nın qadağan olunmuş çipləri Şanxaydakı məlumat mərkəzində aşkarlanıb

Bloomberg-in məlumatına görə, Nvidia-nın «Blackwell» süni intellekt çipləri Şanxaydakı məlumat mərkəzlərindən birində aşkarlanıb. Bu çiplərin Çinə ixracı məhdudlaşdırılıb. Həmin məlumat mərkəzinin Alis Huanq və «Megaspeed» şirkəti ilə əlaqəsi var.

Çinin nəzarət qurumlarının sənədlərinə əsasən, iki şirkət GB300 və GB200 qabaqcıl avadanlıqlarını Çin maliyyə qurumlarına girov qoyaraq kredit götürüb.

Bu çiplərin Çinə hansı yolla gətirildiyi hələlik bəlli deyil. Bu faktdan sonra Nvidia-nın ixrac nəzarəti və çiplərin Çinə qaçaqmalçılıq yolu ilə keçirilməsi ehtimalı əvvəlkindən də çox diqqət mərkəzinə düşüb.

ABŞ-ın bu yaxınlarda qara siyahıya saldığı «Megaspeed» şirkəti isə hər hansı qanun pozuntusunu rədd edib.

Bu xəbəri paylaşın