İsrail mediasının xəbərinə görə, İsrailin müvəqqəti baş naziri Benyamin Netanyahu milli birlik hökumətinin yaradılması ilə bağlı razılaşma çərçivəsində Yaşar partiyasının lideri Qadi Ayzenkotun ilk iki il baş nazir olmasını qəbul etməyə hazırdır. Bu razılaşmaya görə, son iki ildə hökumətə Netanyahu özü rəhbərlik edəcək.
İsrail mediasının məlumatına görə, bu təklif yeni hökumətin yaradılması ilə bağlı danışıqlar zamanı irəli sürülüb. Kan telekanalının məlumatına əsasən, baş nazirlik postunun növbə ilə tutulması təklifi qeyri-rəsmi şəkildə təqdim olunub və Netanyahunun rəhbərlik etdiyi Likud partiyası ilə Yaşar partiyası arasında hələ qəti razılıq əldə edilməyib. İsrailin sabiq baş naziri Naftali Bennet də bu mexanizmi dəstəkləyib.
27 oktyabr parlament seçkilərində siyasi qüvvələrdən heç biri çoxluq qazana bilməyib. Bundan sonra İsrail prezidenti hökumətin yaradılması səlahiyyətini Ayzenkota verib. Onun koalisiya qurmaq üçün 6 dekabradək vaxtı var.