çərşənbə, 18 noyabr 2026
İran

ABŞ Hərbi Dəniz Qüvvələri nazirinin səlahiyyətlərini icra edən Hunq Kao: İranın blokadasında esmineslərin missiyası ən azı 11 ay davam edəcək

ABŞ Hərbi Dəniz Qüvvələri nazirinin səlahiyyətlərini icra edən Hunq Kao: İranın blokadasında esmineslərin missiyası ən azı 11 ay davam edəcək

ABŞ esmineslərinin regiondakı missiyası İranın dəniz blokadasının davam etməsi və Hörmüz boğazında gəmilərin müşayiət olunması səbəbindən 6 aydan 11 aya qədər uzadılıb. ABŞ Hərbi Dəniz Qüvvələri nazirinin səlahiyyətlərini icra edən Hunq Kao dənizçilərin ailələri ilə görüşdə bildirib ki, İran limanlarının blokadasının tam həyata keçirilməsi və Hörmüz boğazında hücumların qarşısının alınması üçün 17 esmines tələb olunur.

Görüşün audioyazısına əsasən, görüş noyabrın 9-da Florida ştatının Ceksonvil şəhərindəki Meyport dəniz bazasında keçirilib. Kaonun müraciət etdiyi auditoriya "USS Mason", "USS Donald Cook" və "USS Delbert D. Black" esmineslərində xidmət edən təxminən 1000 hərbçinin ailələri olub.

Kaonun sözlərinə görə, bu dənizçilərin geri qayıdışı üçün hələ konkret vaxt müəyyənləşdirilməyib və ailələr ən azı 11 ay davam edəcək missiyaya hazır olmalıdırlar.

Bu xəbəri paylaşın