bazar, 15 noyabr 2026
Xəbər

Yer orbitində 22 saatdan sonra qayıdış: SpaceX ilk dəfə Starship-i qüllənin nəhəng qolları ilə tutub

Yer orbitində 22 saatdan sonra qayıdış: SpaceX ilk dəfə Starship-i qüllənin nəhəng qolları ilə tutub

SpaceX şirkətinin Texasdakı buraxılış qülləsinin nəhəng mexaniki qolları orbitdən qayıdan Starship kosmik gəmisini ilk dəfə havada tutub. Kosmik gəmi noyabrın 14-də, şənbə günü, orbitdə 22 saat qaldıqdan sonra bir gün əvvəl buraxıldığı qülləyə geri qayıdıb.

«Artemis» missiyasının astronavtlarını Starship vasitəsilə Aya endirmək üçün milyardlarla dollar xərcləyən NASA bu uğuru alqışlayıb. ABŞ-ın müharibə naziri Pit Heqset də X sosial şəbəkəsində İlon Maskı «böyük amerikalı» adlandırıb.

Bu xəbəri paylaşın