The Times of Israel-in məlumatına görə, Yaşar partiyasının lideri Qadi Ayzenkot onun koalisiyasına qoşulmaq istəyən hər bir partiyadan İsraili yəhudi və demokratik dövlət kimi tanımağı tələb edib. İsrailin İstiqlal Bəyannaməsinin dəyərlərinə sadiqlik də onun digər şərtlərindəndir.
Ayzenkot həmçinin HƏMAS-ın terror təşkilatı kimi tanınmasını və onun hərbi və idarəetmə potensialının ləğv edilməsi üçün öhdəlik götürülməsini şərt kimi irəli sürüb. O, bu dəfə HƏMAS-ın potensialının «məhv edilməsi» əvəzinə «ləğv edilməsindən» danışıb. The Times of Israel-in yazdığına görə, bu dəyişiklik Qəzzada diplomatik həll yolu üçün qapını açıq saxlayır və bu şərtin ərəb partiyası Raam tərəfindən qəbul edilməsini asanlaşdırır.
Bununla belə, Beyaxad və Yisrael Beytenu partiyaları Raam ilə koalisiyanı rədd ediblər. Ayzenkotun dördüncü şərti bütün israillilər üçün məcburi xidmətdir.