İslam Respublikası Keşikçilər Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri bazar günü, 11 oktyabrda xəbərdarlıq edib ki, Hörmüz boğazı ərazisində olan bütün gəmilər naviqasiya və identifikasiya sistemlərini söndürəcəkləri təqdirdə düşmən kimi tanınacaq və onlara qarşı sərt tədbir görüləcək.
SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin komandanlığı bildirib: «Hörmüz boğazı ərazisində naviqasiya və identifikasiya sistemlərini söndürən bütün gəmilər düşmən kimi müəyyən ediləcək və onlara qarşı sərt və qətiyyətlə tədbir görüləcək».
Bu xəbərdarlıq Hörmüz boğazında hərbi gərginliyin artdığı və bu su yolunda neft tankerlərinin dəniz minalarına toxunması barədə məlumatların yayıldığı bir vaxtda verilib.