ArazNews
Ana Səhifə / İran / İran sənayesini ağır qış gözləyir: qaz böhranının dərinləşəcəyi barədə xəbərdarlıq edilir
İran

İran sənayesini ağır qış gözləyir: qaz böhranının dərinləşəcəyi barədə xəbərdarlıq edilir

İran sənayesini ağır qış gözləyir: qaz böhranının dərinləşəcəyi barədə xəbərdarlıq edilir

Soyuq mövsüm hələ başlamasa da, qışda sənaye müəssisələrinə qaz verilişinin yenidən məhdudlaşdırılması ilə bağlı xəbərdarlıqlar artıb, neft-kimya sənayesinin rəsmiləri isə əvvəlki illərlə müqayisədə daha ağır vəziyyətin yarana biləcəyini bildirirlər.

"Ettelaat" qəzetinin məlumatına görə, qaz sahəsindəki xroniki disbalans, eləcə də emal qurğularının bir hissəsinə dəyən ziyan sənayeyə, xüsusilə də neft-kimya sektoruna təzyiqi daha da artıra bilər.

Metanol, ammonyak və karbamid istehsal edən bir çox müəssisədə təbii qaz sadəcə yanacaq deyil, həm də əsas xammaldır. Buna görə də qazın kəsilməsi və ya məhdudlaşdırılması istehsalı və ixracı birbaşa azalda bilər.

Ekspertlər xəbərdarlıq edirlər ki, sənaye müəssisələrinə qaz verilişinin məhdudlaşdırılması qısa müddətdə şəbəkəyə düşən yükü azalda bilər, lakin struktur islahatlar aparılmadan İslam Respublikasının enerji böhranı davam edəcək.