ABŞ-ın «Abraham Linkoln» aviadaşıyıcısı İslam Respublikası ilə müharibədə 321 gün iştirak etdikdən sonra ABŞ-a qayıdıb. Gəminin komanda qülləsi bu müharibədə məhv etdiyi hədəfləri göstərən nişanlarla örtülüdür.
Analitiklər gəminin üst qurğusunda ən azı 103 PUA və 34 su nəqliyyatı vasitəsi təsviri sayıblar.
«Linkoln» zərbə qrupu «Epik qəzəb» əməliyyatı və İran limanlarının dəniz blokadası zamanı 3 693 döyüş uçuşu həyata keçirib. Bu qrupdan həmçinin 450 «Tomahawk» raketi atılıb. Aviadaşıyıcı və onu müşayiət edən gəmilər heç bir limana yan almadan ardıcıl 264 gün dənizdə qalaraq yeni rekord qeydə alıblar.