Çin «Qızıl həftə» bayram tətili zamanı yaranan qısa fasilədən sonra neft məhsullarının ixracını bərpa edir. Bu addım yanacaq çatışmazlığını və enerji qiymətlərinə təzyiqi azaltmağa kömək edə bilər.
Reuters-in məlumatına görə, Çin neft emalı zavodları cari ayda təxminən 3,7 milyon ton benzin, dizel yanacağı və aviasiya yanacağı ixrac etməyi hədəfləyib. Çin ötən ay da bu məhsullardan təxminən 4 milyon ton ixrac etmişdi.
Eyni zamanda, Beynəlxalq Enerji Agentliyi təcili neft və dizel yanacağı ehtiyatlarından daha təxminən 100 milyon barelin bazara çıxarılmasını sürətləndirəcəyini açıqlayıb.