ArazNews
Ana Səhifə / İran / Tramp: Aralıq seçkilərinədək İrana hücum etməyəcəyik
İran

Tramp: Aralıq seçkilərinədək İrana hücum etməyəcəyik

Tramp: Aralıq seçkilərinədək İrana hücum etməyəcəyik

ABŞ prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində yazıb ki, Vaşinqton noyabrın 3-də keçiriləcək aralıq seçkilərinədək İrana qarşı hücum həyata keçirməyəcək.

Paylaşımda İslam Respublikası ilə danışıqlar «səmərəli» kimi dəyərləndirilib, lakin blokadanın tam şəkildə davam etdiriləcəyi vurğulanıb.

Tramp həmçinin paylaşımında yazıb ki, İran iqtisadi və hərbi baxımdan çox ağır vəziyyətdədir və cəmi bir gecədə Hörmüz boğazından 22 milyon barel neft keçib, halbuki onun bir bareli belə nə İrandan çıxıb, nə də İrana gedib. O, paylaşımını «İranın nüvə silahı olmayacaq» vurğusu ilə bitirib.

ABŞ-da aralıq seçkilər 3 noyabr 2026-cı il, çərşənbə axşamı (İran təqvimi ilə 12 aban) keçiriləcək.