ArazNews
Ana Səhifə / İran / SEPAH-dan Hörmüz boğazı ilə bağlı yeni təhdid: «Boğaz bağlıdır, neft qaçaqmalçılığı yollarını da bağlayacağıq»
İran

SEPAH-dan Hörmüz boğazı ilə bağlı yeni təhdid: «Boğaz bağlıdır, neft qaçaqmalçılığı yollarını da bağlayacağıq»

SEPAH-dan Hörmüz boğazı ilə bağlı yeni təhdid: «Boğaz bağlıdır, neft qaçaqmalçılığı yollarını da bağlayacağıq»

SEPAH komandirlərindən biri Məhəmmədrza Nəqdi Hörmüz boğazının bağlı olduğunu iddia edib. Onun iddiasına görə, İslam Respublikasının silahlı qüvvələri bu boğaza tam nəzarət edir.

Nəqdi bildirib ki, boğazdan qaçaq yolla keçən neftin həcmi çox cüzidir. Bununla belə, o, bəzi şəxslərin kiçik gəmilərlə qaçaq yolla neft daşıyaraq onu tankerlərə çatdırdığını etiraf edib.

SEPAH komandiri hədələyib ki, «qanun pozucularının» boğazdakı qayaların bəzi hissələrini partladıb dağıdaraq açdıqları azsaylı yollar tezliklə bağlanacaq.