ArazNews
Ana Səhifə / İran / Mütəvərzadə: Valyuta məzənnəsinin misli görünməmiş sıçrayışı İran iqtisadiyyatı üçün həyəcan təbilidir
İran

Mütəvərzadə: Valyuta məzənnəsinin misli görünməmiş sıçrayışı İran iqtisadiyyatı üçün həyəcan təbilidir

Mütəvərzadə: Valyuta məzənnəsinin misli görünməmiş sıçrayışı İran iqtisadiyyatı üçün həyəcan təbilidir

İran parlamentinin İqtisadi Komissiyasının üzvü Mustafa Mütəvərzadə son günlərdə valyuta məzənnəsinin rekord həddə çatmasına toxunaraq bildirib ki, valyuta qiymətlərinin misli görünməmiş artımı İran iqtisadiyyatı üçün yenidən «həyəcan təbili» çalıb. O, konkret və ardıcıl siyasətin olmamasını valyuta bazarındakı qarışıqlığın əsas səbəblərindən biri kimi qiymətləndirib və bu tendensiyanın davam etməsinin əhalinin güzəranına daha çox təzyiq göstərəcəyi barədə xəbərdarlıq edib.

Mütəvərzadə Mərkəzi Bankın fəaliyyətini tənqid edərək deyib ki, bazarın idarə olunmasındakı plansızlıq möhtəkirlərin və dəllalların fəaliyyəti üçün zəmin yaradıb, müvəqqəti tədbirlər isə böhranı cilovlaya bilməz.

Bununla yanaşı, İran Hesablama Palatası da ölkənin bank infrastrukturunun həssaslığı ilə bağlı xəbərdarlıq edərək açıqlayıb ki, 28 bank və kredit təşkilatının mərkəzləşdirilmiş bankçılıq sistemləri və ödəniş svitçləri infrastrukturunun 80 faizdən çoxu məhdud sayda şirkətin əlindədir. Bu vəziyyət isə texniki nasazlıq yarandığı təqdirdə bank xidmətlərinin fasiləsizliyini təhlükə altına qoya bilər.