ArazNews
Ana Səhifə / İran / Bessent: İran rejiminə iqtisadi təzyiq terrorizmin maliyyələşdirilməsi dayandırılana qədər davam edəcək
İran

Bessent: İran rejiminə iqtisadi təzyiq terrorizmin maliyyələşdirilməsi dayandırılana qədər davam edəcək

Bessent: İran rejiminə iqtisadi təzyiq terrorizmin maliyyələşdirilməsi dayandırılana qədər davam edəcək

ABŞ-ın Maliyyə naziri Skott Bessent «İqtisadi təcrid» əməliyyatına toxunaraq bu kampaniyanın nəticə verdiyini iddia edib: rialın dəyəri tarixin ən aşağı səviyyəsinə enib, İran ötən ay tankerlərə heç bir xam neft yükləməyib, hətta İranın ən yüksək təhlükəsizlik rəsmisi də ölkənin tarixinin ən çətin dövrlərindən biri ilə üz-üzə qaldığını etiraf edib.

Bessent İran rejimini xalqı əziyyət və məşəqqət içində qoyduğu halda öz resurslarını terrorizmə sərf etməkdə ittiham edib.

O vurğulayıb ki, İran rejimi Tramp administrasiyasının bu rejimin terrorizmi maliyyələşdirməsinə və nüvə silahı hazırlamasına heç vaxt imkan verməyəcəyini dərk edənədək «İqtisadi təcrid» əməliyyatı dayandırılmayacaq.