ArazNews
Ana Səhifə / Bölgə / İraq neftini birbaşa Hörmüzdən keçirib
Bölgə

İraq neftini birbaşa Hörmüzdən keçirib

İraq neftini birbaşa Hörmüzdən keçirib

İraq Dövlət Neft Tankerləri Şirkəti bu ölkənin 2 milyon barel xam neftini daşıyan nəhəng tankeri Hörmüz boğazından keçirdiyini açıqlayıb. İraq rəsmilərinin sözlərinə görə, bu, son bir neçə onillikdə şirkətin həyata keçirdiyi bu tipli ilk əməliyyatdır.

Reuters-in məlumatına görə, İraq Neft Tankerləri Şirkətinin baş direktoru Əli Qeys Əbdülcabbar bildirib ki, bu dəfə şirkət nefti Bəsrə limanında təhvil vermək əvəzinə yükün Hörmüz boğazından daşınmasını öz üzərinə götürüb. Bu addım İraqın dövlət neft marketinq şirkəti SOMO-ya yüklərin hara və nə vaxt satılacağını müəyyənləşdirməkdə daha geniş səlahiyyət verə bilər.

Əbdülcabbar həmçinin qeyd edib ki, Bağdad İraq dövlət şirkətinin regiondakı gəmiçilik şirkətləri ilə rəqabət qabiliyyətini artırmaq üçün yeni ixtisaslaşmış tankerlər almağa və donanmasını genişləndirməyə çalışır.

İraq bundan əvvəl bəzi tankerlərinin Hörmüz boğazından keçməsi üçün Tehranla razılaşma əldə etmişdi. İran ilə ABŞ arasındakı müharibə zamanı tankerlərin bu su yolundan keçidi ciddi məhdudiyyətlərlə üzləşib.