ArazNews
Ana Səhifə / İran / Netanyahu: İran rejimi süqut edəcək, blokada SEPAH-ı zəiflədib
İran

Netanyahu: İran rejimi süqut edəcək, blokada SEPAH-ı zəiflədib

Netanyahu: İran rejimi süqut edəcək, blokada SEPAH-ı zəiflədib

İsrailin baş naziri Benyamin Netanyahu şənbə günü yayımlanan müsahibəsində İslam Respublikası rejiminin sonda süqut edəcəyini bildirib və İrandakı rejim müxaliflərini ümidsizliyə qapılmamağa çağırıb. O, ABŞ prezidenti Donald Trampın tətbiq etdiyi blokadanın İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) ciddi şəkildə zəiflətdiyini iddia edib.

Netanyahu deyib: «Bu rejim süqut edəcək. Bu, vaxt ala bilər, amma süqut edəcək».

İsrailin baş naziri həmçinin Tehranın regionda və beynəlxalq su yollarındakı hərəkətlərinin dünya iqtisadiyyatına təzyiq göstərdiyini qeyd edib.