ArazNews
Ana Səhifə / İran / İnqilab Keşikçiləri Korpusu: «Sadiq vəd 2» əməliyyatından daha sərt cavabı dərhal verməyə hazırıq
İran

İnqilab Keşikçiləri Korpusu: «Sadiq vəd 2» əməliyyatından daha sərt cavabı dərhal verməyə hazırıq

İnqilab Keşikçiləri Korpusu: «Sadiq vəd 2» əməliyyatından daha sərt cavabı dərhal verməyə hazırıq

İnqilab Keşikçiləri Korpusu İslam Respublikasının İsrailə qarşı «Sadiq vəd 2 əməliyyatı» adı ilə həyata keçirdiyi hücumların ikinci ildönümü münasibətilə bəyanat yayıb. Korpus bəyanatda istənilən təhdid və ya hücum qarşısında dərhal və bu əməliyyatdan daha sərt cavab verməyə hazır olduğunu açıqlayıb.

Bəyanatda deyilir: «Təhdidin bədəlsiz qaldığı dövr başa çatıb və hər bir hücum peşman edəcək və ağrılı cavabla nəticələnəcək.»

İnqilab Keşikçiləri Korpusu həmçinin İslam Respublikasının rəhbəri Müctəba Xameneyinin göstərişlərinə əməl etdiyini qeyd edərək bildirib ki, «barmağı tətikdədir və istənilən təhdidə, təcavüzə, hücuma və ya ehtimal olunan hesablama xətasına qətiyyətli, dərhal, ağrılı, peşman edəcək və Sadiq vəd 2 əməliyyatından daha ölümcül cavab verməyə hazırdır».

«Sadiq vəd 2» əməliyyatı İsmayıl Haniyə, Həsən Nəsrullah və Abbas Nilforuşanın öldürülməsinə cavab olaraq həyata keçirilib.