Məlumatlı mənbə qətərli vasitəçilərin İran rejiminin xarici işlər naziri Abbas Araqçi və ABŞ tərəfi ilə sentyabrın 28-də, bazar ertəsi, və ya sentyabrın 29-da, çərşənbə axşamı, ayrı-ayrılıqda danışıqlar aparmasının mümkünlüyünü bildirib. Araqçi hələ də Nyu-Yorkdadır, bu danışıqlarda ABŞ-ı kimin təmsil edəcəyi isə məlum deyil.
Mümkün məsləhətləşmələrin əsas mövzusu Tehranın BMT Baş Assambleyasının kuluarlarında təqdim etdiyi yeddi günlük təklifin düzəliş edilmiş variantı olacaq. İlkin plan İran və Livanda toqquşmaların dayandırılmasını, dondurulmuş aktivlərin azad edilməsini, neft sanksiyalarının və İran limanlarının blokadasının aradan qaldırılmasını, daha sonra isə Hörmüz boğazının açılmasını və nüvə danışıqlarının bərpasını nəzərdə tuturdu.
Eyni zamanda İran nümayəndə heyətinə yaxın mənbə təklifləri və son hadisələri müzakirə etmək üçün vasitəçilərlə görüş keçiriləcəyini təsdiqləyib, lakin ABŞ ilə danışıqlar aparmaq planının olmadığını deyib.