Fransa açıqlayıb ki, bu ölkənin Tehrandakı səfirliyinə bağlı fransız dili tədris mərkəzinin bağlanmasına cavab olaraq İran İslam Respublikasının səfirini çağıracaq və "müvafiq addımlar" atacaq.
Fransa Xarici İşlər Nazirliyinin sözçüsü Paskal Kenfavro bu mərkəzin bağlanmasını "əsassız və qəbuledilməz" adlandırıb və bildirib ki, bu addım iyul ayında Fransa səfirliyinin iki əməkdaşının da problemlə üzləşməsindən sonra atılıb.
Sepah Pasdarana yaxın Tesnim agentliyi xəbər verib ki, bu mərkəz Tehran prokurorluğunun əmri ilə bağlanıb, İran İslam Respublikası rəsmiləri isə iddia edir ki, adı çəkilən mərkəz icazəsiz fəaliyyət göstərib.
Son illər Tehran və Parisin münasibətləri İran İslam Respublikasının nüvə proqramı və İranda fransız vətəndaşlarının həbsi ilə bağlı gərginliklə müşayiət olunub.