İsrail qırıcı təyyarələri cümə axşamı gecəsi Cənubi Livanda hücumların yeni dalğasını həyata keçirib, Sur, Nəbatiyyə, Xiam və Qəntəra ətrafındakı bölgələr hədəfə alınıb.
Livan Milli Xəbər Agentliyi bildirib ki, Mənsuri və Məcdəl Zununa aparan yollar da bombalanıb, eyni zamanda Xiamın şərqindən güclü partlayış səsləri eşidilib.
Agentlik "Əli-Tahir" yüksəkliklərindəki partlayışları bu bölgədə qeydə alınmış ən böyük partlayışlar kimi təsvir edib. İsrail ordusu bildirib ki, bu bölgədəki partlayışlar Hizbullahın infrastrukturunun hədəfə alınması ilə bağlı olub, lakin bildirilən digər hücumlarla bağlı hələ heç bir açıqlama verməyib.