ArazNews
Ana Səhifə / Bölgə / Yəmən dövlət qüvvələrinin Təizin qərbindəki irəliləyişi: İranın dəstəklədiyi husilərin bir neçə mövqeyi geri alınıb
Bölgə

Yəmən dövlət qüvvələrinin Təizin qərbindəki irəliləyişi: İranın dəstəklədiyi husilərin bir neçə mövqeyi geri alınıb

Yəmən dövlət qüvvələrinin Təizin qərbindəki irəliləyişi: İranın dəstəklədiyi husilərin bir neçə mövqeyi geri alınıb

Yəmənin rəsmi hökumətinin silahlı qüvvələri bildirib ki, Təiz vilayətinin qərbindəki "əl-Kədəhə" cəbhəsində davam edən əməliyyatlar nəticəsində İran rejiminin dəstəklədiyi husilərdən bir neçə strateji mövqeyi geri alıblar.

"Əl-Ərəbiyyə" xəbər verib ki, Yəmən dövlət qüvvələri və "Vətən Qalxanı" bölmələri "əl-Meyhal" və "əl-Məkazimə" ərazilərinə, habelə "əl-Həmra", "əs-Sovda" və "əş-Şeyki" təpələrinə nəzarəti ələ keçiriblər.

Təiz cəbhəsi qərargahının rəisi general-mayor Əbdüləziz əl-Məcidi deyib ki, bu əməliyyat əl-Kədəhə ərazisinin husilərdən geri alınması məqsədilə başlayıb və birgə qüvvələr irəliləməkdə davam edir.

Yerli mənbələrin məlumatına görə, bu cəbhədə toqquşmalar hələ də şiddətlə davam edir.