Körfəz Əməkdaşlıq Şurasının baş katibi Cəsim Məhəmməd əl-Büdəyvi husilərin Səudiyyə Ərəbistanının cənubundakı mülki bölgələrə etdiyi hücumları pisləyib və bildirib ki, Şuraya üzv ölkələr "Səudiyyə Ərəbistanla birgə vahid dayanıblar".
Əl-Ərəbiyyəyə istinadən, əl-Büdəyvi qeyd edib ki, mülki şəxslərin və mülki obyektlərin hədəfə alınması, ki, bunun nəticəsində bir sıra insanlar yaralanıb, beynəlxalq qanunların pozulması və regionun təhlükəsizliyi və sabitliyinə qarşı birbaşa təhdiddir.
O, bu hücumların təkrarlanmasını husilərin gərginlik yaradan yanaşmasının davam etdiyinin göstəricisi kimi dəyərləndirib və vurğulayıb ki, mülki obyektlərə hücum "terror aktı və qınanılası" bir addımdır və bunu heç bir şəkildə əsaslandırmaq mümkün deyil.
Husilər İran rejiminin siyasi və hərbi dəstəyindən faydalanır və son illərdə dəfələrlə Səudiyyə Ərəbistanı və regionun gəmiçilik yollarındakı hədəfləri nişan alıblar.