ArazNews
Ana Səhifə / Dünya / SENTKOM: İran dəniz mühasirəsi çərçivəsində 94 gəminin marşrutu dəyişdirilib
Dünya

SENTKOM: İran dəniz mühasirəsi çərçivəsində 94 gəminin marşrutu dəyişdirilib

SENTKOM: İran dəniz mühasirəsi çərçivəsində 94 gəminin marşrutu dəyişdirilib

ABŞ Mərkəzi Komandanlığı (SENTKOM) bildirib ki, ölkənin qüvvələri İran İslam Respublikasına qarşı dəniz mühasirəsinin ikinci mərhələsi çərçivəsində indiyədək 94 ticarət gəmisinin marşrutunu dəyişdirib.

SENTKOM öz X hesabında açıqlayıb ki, ABŞ qüvvələri həmçinin üç gəmini hərəkətdən dayandırıb, daha iki gəmini isə mühasirənin tam icrasını təmin etmək üçün yoxlayıb.

Eyni zamanda, SENTKOM "Corc Eyç. U. Buş" təyyarəgəzən gəmisindən F-18 qırıcı təyyarəsinin havaya qalxdığı görüntünü yayıb və bildirib ki, bu gəmi Ərəbistan dənizində mühasirə əməliyyatına dəstək verir.

Məlumatlara əsasən, ABŞ qüvvələri İran limanlarından neft daşıyan tankerlərin çıxışını məhdudlaşdırmaqla yanaşı, regionun ərəb ölkələrinə məxsus neft tankerlərinin Hörmüz boğazından keçməsinə və çıxmasına köməklik göstərir.