Dünya bazarlarında "Azəri Layt" neftinin qiyməti artıb və hər barreli 104 dollar 98 sentə çatıb.
Araz Newsun Azərbaycanın dövlət xəbər agentliyi "AzərTAc"a istinadən yaydığı məlumata görə, "Azəri Layt" neftinin hər barrelinin qiyməti 3 dollar 2 sent, yəni 2,96 faiz artaraq 104,98 dollara çatıb.
"Azəri Layt" neftinin tarixi boyunca ən yüksək qiyməti 2008-ci ilin iyul ayında 149 dollar 66 sent olub. Ən aşağı qiyməti isə 2020-ci ilin aprel ayında 15 dollar 81 sent kimi qeydə alınıb.