ABŞ-ın vitse-prezidenti Ci-Di Vens "Fox News" telekanalına müsahibəsində bildirib ki, Vaşinqtonun addımlarının böyük hissəsi Hörmüz boğazından ticarətin sərbəst axınının təmin olunmasına yönəlib. O əlavə edib ki, İranla son müharibədən bunu öyrənib ki, iranlılar öz məqsədlərinə çatmaq üçün istənilən addımı atmağa hazırdırlar.
Vens deyib ki, İran rejimi aydın strateji baxışla hərəkət etmir və bu hakimiyyətin rəhbərliyi strateji hesablamalar olmadan regiondan neft və qazın ixracı axınını pozmaq üçün istənilən addımı atmağa hazırdır.