ArazNews
Ana Səhifə / İran / İran prezidentinin müavini Məhəmmədcəfər Qaimpənah: büdcə kəsiri İslam Respublikasını pul çap etməyə məcbur edib
İran

İran prezidentinin müavini Məhəmmədcəfər Qaimpənah: büdcə kəsiri İslam Respublikasını pul çap etməyə məcbur edib

İran prezidentinin müavini Məhəmmədcəfər Qaimpənah: büdcə kəsiri İslam Respublikasını pul çap etməyə məcbur edib

Məsud Pezeşkianın müavini Məhəmmədcəfər Qaimpənah dövlət büdcəsindəki kəsiri İranda pul çap edilməsinin əsas səbəbi adlandırıb və bildirib ki, məhz bu pul çapı inflyasiya mühərrikini işlək saxlayır. Onun iddiasına görə, büdcə balanssızlığı və pul çapı problemi həll olunmayana qədər ölkədə inflyasiya davam edəcək.

Qaimpənah müharibəni bahalaşmanı gücləndirən digər amil kimi qeyd edib və iddia edib ki, dünyanın heç bir yerində müharibə inflyasiyasız mümkün deyil. O, bu vəziyyəti "səhv, amma reallıq" kimi təsvir edib və iddia edib ki, Pezeşkian işə başladığı ilk gündən iqtisadiyyatı islah etmək fürsətinə malik olmayıb.