ArazNews
Ana Səhifə / Dünya / Tramp Karakasla neft sazişindən danışdı: «Dünya tarixinin ən böyük neft sazişi»
Dünya

Tramp Karakasla neft sazişindən danışdı: «Dünya tarixinin ən böyük neft sazişi»

Tramp Karakasla neft sazişindən danışdı: «Dünya tarixinin ən böyük neft sazişi»

ABŞ prezidenti Donald Tramp Truth Social şəbəkəsində Vaşinqtonun Venesuela ilə neft sazişinə imza atdığını bildirib və bunu «dünya tarixinin ən böyük neft sazişi» adlandırıb.

Onun sözlərinə görə, ABŞ özəl sektorun iştirakı ilə Venesuelanın təsdiqlənmiş ehtiyatlarında olan 65 milyard barreldən çox neftin əksəriyyətinə nəzarəti öz əlinə keçirir və bu, Amerika vergi ödəyicilərinə heç bir xərc yaratmayacaq.

Tramp bildirib ki, bu saziş ABŞ-ın neft ehtiyatlarını iki dəfədən çox artıracaq və uzunmüddətli perspektivdə benzin qiymətlərinin aşağı düşməsinə səbəb olacaq. O, bu sazişdə dövlət katibi Marko Rubio və müharibə naziri Pit Heqsetin, Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriges ilə birlikdə oynadığı rolu qeyd edib.

Rubio da cümə günü X platformasında yazıb ki, bu saziş Venesuelaya təxminən 100 milyard dollar həcmində özəl sektor investisiyası gətirəcək, minlərlə yüksək maaşlı iş yerini dəstəkləyəcək və bu ölkənin iqtisadiyyatının bərpasının hərəkətverici qüvvəsi olacaq.