ArazNews
Ana Səhifə / Dünya / İsrail ordusunun Baş Qərargah rəisi: xəzinənin boş olması hərbi hazırlığı zəiflədib
Dünya

İsrail ordusunun Baş Qərargah rəisi: xəzinənin boş olması hərbi hazırlığı zəiflədib

İsrail ordusunun Baş Qərargah rəisi: xəzinənin boş olması hərbi hazırlığı zəiflədib

İsrail ordusunun Baş Qərargah rəisi Eyal Zamir cümə axşamı günü, şəhrivər ayının 5-də (26 avqust), müxtəlif cəbhələrin vəziyyətinin qiymətləndirilməsinə həsr olunmuş iclasda ordunun maliyyə resurslarının çatışmazlığı barədə xəbərdarlıq edib.

Zamir deyib: "Təəssüf ki, biz bu günlərdə büdcə uğrunda mübarizə ilə də üzləşirik. Ordu və onun qüvvələri bütün cəbhələrdə təzyiq altında olduğu bir vaxtda, biz boş xəzinə ilə üz-üzə qalmalıyıq. Belə vəziyyət ordunun hazırlığına zərbə vurur".

O əlavə edib ki, İsrail ordusu eyni zamanda müxtəlif cəbhələrdə – "İrandan və Livandan tutmuş Qəzzəyədək" – əməliyyat planları hazırlayır və bir neçə cəbhədə böhranın kəskinləşməsi ehtimalı səbəbindən yüksək hazırlıq səviyyəsindədir.

İsrail ordusunun Baş Qərargah rəisi, həmçinin Qərb sahilində gərginliyin artmasına və yəhudi bayramlarının yaxınlaşmasına toxunaraq, nizami bir diviziyanın qərargahının hazırlığının artırılması və bu bölgəyə təcili göndərilmək üçün əlavə hərbi hissə və batalyonların hazır olması barədə əmr verib. O vurğulayıb ki, tətil dövründə əməliyyat qüvvələri azaldılmayacaq və ordu bütün cəbhələrdə tam hazırlıq vəziyyətində qalacaq.

Bu açıqlamalar ordu ilə İsrailin Maliyyə Nazirliyi arasında cari əməliyyatların və hərbi gücün artırılması proqramlarının maliyyələşdirilməsi ilə bağlı yaranmış fikir ayrılığı fonunda səsləndirilib. İsrailin Maliyyə Nazirliyi buna cavab olaraq bildirib: "Müdafiə büdcəsi son iki ildə təxminən üç dəfə artıb və müdafiə qurumunun rəhbərləri milyardlarla şekel həcmində büdcə ilə maksimum ciddilik və məsuliyyət nümayiş etdirməlidirlər".