ArazNews
Ana Səhifə / İran / Hökumətin sözçüsü Fatimə Mühacirani: Xalqın ağır yoxsulluq statistikasının açıqlanması Milli Təhlükəsizlik Şurasının icazəsini tələb edir
İran

Hökumətin sözçüsü Fatimə Mühacirani: Xalqın ağır yoxsulluq statistikasının açıqlanması Milli Təhlükəsizlik Şurasının icazəsini tələb edir

Hökumətin sözçüsü Fatimə Mühacirani: Xalqın ağır yoxsulluq statistikasının açıqlanması Milli Təhlükəsizlik Şurasının icazəsini tələb edir

İslam Respublikası hökumətinin sözçüsü ağır yoxsulluqda yaşayan iranlıların dəqiq statistikasını açıqlamaqdan imtina edib və bu rəqəmlərin dərc olunmasını Ali Milli Təhlükəsizlik Şurasının icazəsindən asılı olduğunu bildirib. Fatimə Mühacirani mütləq yoxsulluqda yaşayan əhalinin sayı ilə bağlı suala cavab verərkən qeyd edib ki, bu rəqəmlərin bir hissəsi təhlükəsizlik xarakteri daşıyır və yalnız "icazəsi olan mənbələr" tərəfindən açıqlanmalıdır.

O, jurnalistlərlə görüşdə deyib: "Bu rəqəmlərin bir qismini mən deyə bilmirəm, çünki təhlükəsizlik mülahizələri mövcuddur". Mühaciraninin sözlərinə görə, bu məlumatların bəzisi yalnız İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasının təsdiqi ilə açıqlana bilər.