ArazNews
Ana Səhifə / İran / Sabiq deputat: Dövlət yanacaq qaçaqmalçılarını tanıyır, amma "onlarla mübarizə aparmağa cəsarəti çatmır"
İran

Sabiq deputat: Dövlət yanacaq qaçaqmalçılarını tanıyır, amma "onlarla mübarizə aparmağa cəsarəti çatmır"

Sabiq deputat: Dövlət yanacaq qaçaqmalçılarını tanıyır, amma

Seyid Hüseyn Nəqəvi-Hüseyni adlı sabiq parlament deputatı hökumətin fəaliyyətini tənqid edərək bildirib ki, İranda inflyasiyanın böyük hissəsi korrupsiya və daxili problemlərdən qaynaqlanır, məmurlar isə yanacaq qaçaqmalçılığı ilə məşğul olan şəxsləri tanısalar belə, onlarla mübarizə aparmağa gücləri çatmır.

Xəbəronlayn nəşrinə istinadən Nəqəvi-Hüseyni deyib: "Dövlət kimlərin yanacaq qaçaqmalçılığı ilə məşğul olduğunu bilir, lakin onlarla mübarizə aparmağa cəsarəti çatmır. Bu, xalqa xəyanətdir."

O, həmçinin "bir neçə on milyard dollar" məbləğinin trast şirkətlərinin ixtiyarında olmasına toxunaraq soruşub ki, ölkənin valyuta ehtiyatlarına ehtiyac duyduğu bir şəraitdə bu qədər böyük məbləğin bir neçə şirkətin ixtiyarına necə verildiyini.

Nəqəvi-Hüseyni İran və Rusiyadakı inflyasiyanı müqayisə edərək deyib ki, inflyasiyanın mühüm hissəsi daxili korrupsiyadan qaynaqlanır və iddia edib ki, əlaqələndirilmiş korrupsiyaya qarşı mübarizə idarəçiliyi ilə inflyasiya səviyyəsini 20 faizdən aşağı salmaq mümkündür.