Sərbəst bazarda dollarin qiyməti 200 min tümən sərhədinə yaxınlaşıb və bir iqtisadi analitikin sözlərinə görə, artıq onun yüksəlişi üçün müəyyən bir tavan yoxdur. Onun sözlərinə görə, valyuta bazarı iqtisadiyyatın digər sahələrindən daha tez İslam Respublikası ilə ABŞ arasındakı qarşıdurmanın kəskinləşməsinə, müharibə ehtimalına və neft ixracının azalması riskinə reaksiya göstərib.
Bu analitik bazarı "İranın ən siyasiləşmiş oyunçularından biri" adlandırıb və bildirib ki, ölkənin valyuta gəlirlərinin azalacağını anlayan bazar dollara olan tələbi artırıb. Onun sözlərinə görə, gərginliklərin davam etməsi ilə dollarin qiymətinin yüksəliş trendi dayanmayacaq.