ArazNews
Ana Səhifə / İran / 1500 tümənlik benzin sual altına düşdü; Pezeşkiyan: "Niyə 130 min alıb 1500-ə satmalıyıq?"
İran

1500 tümənlik benzin sual altına düşdü; Pezeşkiyan: "Niyə 130 min alıb 1500-ə satmalıyıq?"

1500 tümənlik benzin sual altına düşdü; Pezeşkiyan:

İSNA-ya istinadən bildirilib ki, Pezeşkiyan deyib: "Kim deyib ki, dövlət benzini 130 min tümənə alıb, sonra onu 1500 tümənə satmalıdır" və bunun əvəzində ərzaq talonlarının (kalabarq) məbləğinin artırılması, buğdaçıların tələblərinin ödənilməsi, sığortalar və işçilərin, təqaüdçülərin və məmurların dolanışığının təmin edilməsi məsələsində maliyyə məhdudiyyəti ilə üzləşilməsi barədə danışıb.

O, dövlətin xalqın ehtiyaclarının təminatındakı məsuliyyətini vurğulayaraq əlavə edib ki, vətəndaşların dolanışıq, sağlamlıq və müalicə xərclərinin ödənilməsində çətinliklə üzləşməsi onun üçün qəbuledilməzdir.