ArazNews
Ana Səhifə / Dünya / ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi: Tramp İslam Respublikasının iqtisadiyyatını «əzir»
Dünya

ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi: Tramp İslam Respublikasının iqtisadiyyatını «əzir»

ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi: Tramp İslam Respublikasının iqtisadiyyatını «əzir»

ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi Tehrana qarşı maksimum təzyiq siyasətinin gücləndirilməsini dəstəkləyərək bildirib ki, Donald Trampın administrasiyasının yeni iqtisadi tədbirləri İslam Respublikasının maliyyə mənbələrini kəsmək məqsədilə həyata keçirilir.

ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi «X» şəbəkəsində yaydığı mesajda yeni sanksiyaları «iqtisadi Normandiya döyüşü» adlandırıb və iddia edib ki, bu tədbirlər İran hakimiyyətinin «terrorizm» üçün istifadə etdiyi maliyyə mənbələrini məhv edəcək və İslam Respublikasını «diz çökdürəcək».

Komitə həmçinin Tehrana qarşı «maksimum təzyiq» siyasətinin davam etdirilməsini tələb edib.

Donald Tramp da avqustun 20-də İslam Respublikasına qarşı «indiyədək bir ölkəyə qarşı həyata keçirilmiş ən sərt iqtisadi əməliyyat» adlandırdığı tədbirlərin başladığını açıqlayıb.