ArazNews
Ana Səhifə / İran / Tramp: Heç kim İslam Respublikasında kimin rəhbərlik etdiyini bilmir
İran

Tramp: Heç kim İslam Respublikasında kimin rəhbərlik etdiyini bilmir

Tramp: Heç kim İslam Respublikasında kimin rəhbərlik etdiyini bilmir

ABŞ prezidenti Donald Tramp İslam Respublikasının vəziyyətinə toxunaraq deyib ki, Tehranla razılaşma əldə etməyə mane olan amillərdən biri odur ki, «heç kim kimin rəhbərlik etdiyini bilmir».

ABŞ prezidentinin «77 WABC» radiosuna müsahibəsindən sitat gətirilərək bildirilir ki, o iddia edib ki, İslam Respublikasının hərbi-dəniz qüvvələri, hərbi-hava qüvvələri və rəhbərlik strukturunun böyük hissəsi ABŞ zərbələri nəticəsində məhv olub, İranın raket və pilotsuz uçuş aparatı istehsalı potensialı da ciddi şəkildə azalıb.

Tramp həmçinin İranın iqtisadi vəziyyətini böhranlı adlandırıb və iddia edib ki, İslam Respublikası hətta öz hərbi qüvvələrinin maaşını ödəməyə belə qadir deyil. O, Hörmüz boğazı ilə bağlı da bildirib ki, ABŞ bu su yolunun nəzarətini «faktiki olaraq» əlində saxlayır.

ABŞ prezidenti Vaşinqtonun əsas məqsədinin İslam Respublikasının nüvə silahı əldə etməsinin qarşısını almaq olduğunu bir daha vurğulayıb və deyib: «Əgər lazım olsaydı, mən eyni işi yüz dəfə də görərdim».