ArazNews
Ana Səhifə / Azərbaycan / Şərqi Azərbaycan ostandarı: əyalətin əmanətləri Tehrana köçürülməməlidir
Azərbaycan

Şərqi Azərbaycan ostandarı: əyalətin əmanətləri Tehrana köçürülməməlidir

Şərqi Azərbaycan ostandarı: əyalətin əmanətləri Tehrana köçürülməməlidir

Şərqi Azərbaycan ostandarı Bəhram Sərməst əyalətin maliyyə mənbələrinin xaricə axını ilə bağlı tənqidi fikir söyləyərək açıqlayıb ki, dövlət və özəl şirkətlərin əmanət və mənbələri Tehrana köçürülməməlidir, banklar isə əyalətin mənbə və xərc nisbətinə riayət etməyə borcludur.

Sərməst bildirib ki, bəzi dövlət və özəl şirkətlərin hesablarının Tehrana köçürülməsi məsələsi hazırda araştırılır və əyalət rəhbərliyi bu mənbələrin Şərqi Azərbaycanda qalması üçün səy göstərir.

O, həmçinin Şərqi Azərbaycanın bank kreditlərindən aldığı payın artırılması və verilən kreditlərin yuxarı həddinin qaldırılması üçün mərkəzi hökumət səviyyəsində məsələnin izlənildiyini xəbər verib.

Sərməstin sözləri onu göstərir ki, Şərqi Azərbaycan şirkətlərinin əmanət və hesablarının Tehrana köçürülməsi elə bir həddə çatıb ki, əyalət rəhbərliyi bunu iqtisadi araşdırmalar çərçivəsində tənqid şəklində gündəmə gətirməyə məcbur olub.

Mənbələrin əyalətdə qalmasından məqsəd onların Azərbaycan büdcəsinə ayrılması deyil. Böyük şirkətlərin maliyyə dövriyyəsinin əyalət banklarında olması Şərqi Azərbaycanın bank mənbələrini artırır və iqtisadi fəaliyyət göstərənlərə daha çox kredit verilməsi imkanını yaradır; bu hesabların Tehrana köçürülməsi isə həmin imkanı azaldır.