ArazNews
Ana Səhifə / Dünya / Ərdoğan: Trampın F-35 qırıcıları ilə bağlı vədinin yerinə yetirilməsini gözləyirəm
Dünya

Ərdoğan: Trampın F-35 qırıcıları ilə bağlı vədinin yerinə yetirilməsini gözləyirəm

Ərdoğan: Trampın F-35 qırıcıları ilə bağlı vədinin yerinə yetirilməsini gözləyirəm

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, ABŞ prezidenti Donald Tramp Ankaranın F-35 qırıcı proqramına qayıtması ilə bağlı ona söz verib və o, hazırda bu vədin həyata keçirilməsini gözləyir.

Əl-Cəzirə telekanalına müsahibəsində F-35 proqramı ilə bağlı suala cavab verən Ərdoğan deyib: "Trampdan söz almışam və bu vədin yerinə yetirilməsini gözləyirəm".

Türkiyə prezidenti həmçinin Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanan Məkkə müdafiə sazişini dünya ictimaiyyəti üçün mühüm mesaj daşıyan bir addım kimi qiymətləndirib. O bildirib ki, bu üçtərəfli müdafiə sazişi gələcəkdə genişləndirilə bilər və Misirin da ona qoşulması müzakirə olunan variantlardan biridir.