ArazNews
Ana Səhifə / İran / Tramp: İran qarışıqlıq və iqtisadi fəlakət içindədir; Tehrana qarşı üç strategiyamız var
İran

Tramp: İran qarışıqlıq və iqtisadi fəlakət içindədir; Tehrana qarşı üç strategiyamız var

Tramp: İran qarışıqlıq və iqtisadi fəlakət içindədir; Tehrana qarşı üç strategiyamız var

ABŞ prezidenti Donald Tramp İranın iqtisadi vəziyyətinə toxunaraq bildirib ki, Vaşinqton hazırkı şəraitdə İslam Respublikasına qarşı iqtisadi təzyiqin artırılmasına diqqət cəmləyib və bu təzyiqlərin nəticəsini gözləyəcək. Associated Press və Wall Street Journal-ın yeni yayımladığı hesabatlar da Tramp administrasiyasının yenidən iqtisadi təzyiqin gücləndirilməsinə tərəf yönəldiyindən xəbər verir.

Tramp İranın vəziyyətini olduqca ağır adlandırıb və Vaşinqtonun yanaşmasını üç istiqamət üzərində izah edib: İslam Respublikasının zəiflik dərəcəsinin izlənməsi, güclü zərbə endirmək variantının saxlanması və Tehrana qarşı iqtisadi təzyiqlərin gücləndirilməsi.

Tramp daha əvvəl də deyib ki, ABŞ hazırda İrandakı inkişafları, o cümlədən ölkədəki güclü inflyasiyanı və maliyyə mənbələrinin çatışmazlığını izləyir.