İran rejiminin məhkəmə hakimiyyəti xarici işlər naziri Abbas Əraqçinin ölkənin strukturlarında "təhlükəsizlik dəliyi" olması barədə iddiasına reaksiya olaraq, ondan bu mövzuda əlində olan məlumat və sənədləri məsul qurumların ixtiyarına verməsini tələb edib.
Məhkəmə hakimiyyətinin sözçüsü Əsğər Cahangir "Didban-e İran" ilə söhbətində deyib ki, ilk növbədə Əraqçidən soruşulmalıdır ki, belə bir dəliyin mövcudluğunu nəyə əsasən bilir. O əlavə edib ki, əgər xarici işlər nazirinin bu barədə məlumatı varsa, onu kəşfiyyat, təhlükəsizlik və məhkəmə orqanlarının ixtiyarına verməlidir.
Əraqçi təxminən üç həftə əvvəl bildirmişdi ki, 40 günlük müharibənin ilk günü yüksək rütbəli məmurların, o cümlədən Xameneyinin iqamətgahında keçirilən iclas barədə hücumçuların məlumatlı olması bir "təhlükəsizlik dəliyi"nin göstəricisidir və onun sözlərinə görə, bu, ehtimal ki, hələ də mövcuddur.
Cahangir, həmçinin bu işə prokurorluğun daxil olması ehtimalı ilə bağlı sual cavabında bildirib ki, əgər səslənən açıqlamalar araşdırma və məhkəmə təqibi tələb edirsə, prokurorluq öz qanuni vəzifələrinə uyğun tədbir görəcək.