ABŞ Mərkəzi Komandanlığı bəyan edib ki, "USS Ross" essiminesi, İrana qarşı dəniz mühasirəsinin həyata keçirilməsi də daxil olmaqla, hərbi missiyaları dəstəkləmək üçün Yaxın Şərqdə yerləşdirilən 20-dən artıq ABŞ döyüş gəmisindən biridir.
Araz News-un xəbərinə görə, CENTCOM-un bildirdiyinə istinadən 9 avqusta qədər 55 ticarət gəmisinin marşrutu dəyişdirilib, iki gəmi hərəkətdən saxlanılıb və ABŞ qüvvələri tətbiq olunan məhdudiyyətlərə əməl edib-etmədiklərini yoxlamaq üçün başqa iki gəmiyə daxil olub.
CENTCOM bildirir ki, bu addımlar ABŞ-ın İran limanlarına qarşı mühasirəni həyata keçirmək üçün apardığı hərbi əməliyyatın bir hissəsidir; bu əməliyyat son aylarda məhdudiyyətləri pozmaqda şübhəli gəmilərin saxlanılması və yoxlanılması ilə müşayiət olunub.