ArazNews
Ana Səhifə / İran / CNN-in iddiası: ABŞ Birləşmiş Qərargah Rəisi İranla müharibədən çıxış yolu tapılmasını istəyib
İran

CNN-in iddiası: ABŞ Birləşmiş Qərargah Rəisi İranla müharibədən çıxış yolu tapılmasını istəyib

CNN-in iddiası: ABŞ Birləşmiş Qərargah Rəisi İranla müharibədən çıxış yolu tapılmasını istəyib

ABŞ Birləşmiş Qərargah Rəisi general Den Kein son həftələrdə Donald Trampın hökumətinin yüksək rütbəli məmurlarına Vaşinqtonun İranla müharibədən çıxmaq üçün "çıxış yolu" tapmalı olduğunu bildirib.

CNN-in üç məlumatlı mənbəyə istinadən verdiyi xəbərə görə, Kein hərbi eskalasiyanın əks nəticə verə biləcəyi barədə xəbərdarlıq edib və hava qüvvələrinə təkbaşına arxalanmağın da Trampın bəyan etdiyi məqsədlərə çatmaq ehtimalının az olduğunu qeyd edib. O, bu narahatlıqları Marko Rubio, C.D. Vans və Con Ratkliff ilə də bölüşüb.

Hesabatda ABŞ-ın bəzi əsas hərbi sursat ehtiyatlarının azalması və Körfəz ölkələrinin İranın enerji infrastrukturuna qarşı əks-hücumlarından duyduğu narahatlıq müharibənin genişlənməsinin qarşısını alan digər amillər kimi qeyd olunub.