ArazNews
Ana Səhifə / İran / Nəbəviandan Məkkə sazişinə sərt reaksiya: "ABŞ nökərlərindən asılı qalmağın faydası yoxdur"
İran

Nəbəviandan Məkkə sazişinə sərt reaksiya: "ABŞ nökərlərindən asılı qalmağın faydası yoxdur"

Nəbəviandan Məkkə sazişinə sərt reaksiya:

İran mediası Tehranın İslami Şura Məclisindəki deputatı Mahmud Nəbəviana istinadən xəbər verib ki, o, Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında imzalanan Məkkə müdafiə sazişinə reaksiya olaraq Riyadı kəskin şəkildə tənqid atəşinə tutub.

Yayılan sitata görə, Nəbəvian Səudiyyə rəsmilərinə xitabən deyib: "ABŞ bazaları Səudiyyə Ərəbistanını xilas edə bilmədiyi kimi, səudiyyəlilər bilməlidirlər ki, ABŞ nökərlərindən asılı qalmaq da onları xilas etməyəcək."

Bu açıqlamalar Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın Məkkədə imzaladığı yeni müdafiə sazişinə reaksiya olaraq səslənib və "ABŞ nökərləri" ifadəsi bu sözlərdə dolayı yolla Türkiyə və Pakistanı nəzərdə tutur.

Nəbəvianın bu reaksiyası həm də İran rejimi ilə Körfəzin ərəb ölkələri arasında son aylarda gərginliyin artdığı, Səudiyyə Ərəbistanının isə öz müdafiə qüdrətini və regional ittifaqlarını gücləndirməyə çalışdığı bir şəraitdə səslənib.