ArazNews
Ana Səhifə / Dünya / Hutilərin höküməti sədri: Məkkə müdafiə sazişinin heç bir təsiri olmayacaq
Dünya

Hutilərin höküməti sədri: Məkkə müdafiə sazişinin heç bir təsiri olmayacaq

Hutilərin höküməti sədri: Məkkə müdafiə sazişinin heç bir təsiri olmayacaq

Yəməndə hutilərin höküməti sədri Mehdi əl-Məşat "Məkkə birgə müdafiə sazişi"nə reaksiya verərək bildirib ki, bu saziş həmin qrupun siyasətinə heç bir təsir göstərməyəcək.

İran İslami İnqilab Keşikçiləri Korpusuna bağlı Tesnim xəbər agentliyinin məlumatına görə, əl-Məşat cümə günü deyib: "Bu cür sazişlərin heç bir təsiri yoxdur."

O, həmçinin vurğulayıb ki, hutilər "mühasirəyə qarşı mühasirə" siyasətini davam etdirəcəklər.

Əl-Məşatın açıqlamaları Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında Məkkədə imzalanan birgə müdafiə sazişinə reaksiya olaraq səslənib.