ArazNews
Ana Səhifə / Dünya / CBS: ABŞ ilə İslam Respublikası arasında hazırda yeni danışıqlar planlaşdırılmır
Dünya

CBS: ABŞ ilə İslam Respublikası arasında hazırda yeni danışıqlar planlaşdırılmır

CBS: ABŞ ilə İslam Respublikası arasında hazırda yeni danışıqlar planlaşdırılmır

CBS telekanalı ABŞ rəsmilərinə istinadən bildirib ki, Donald Trampın son bəyanatlarına baxmayaraq, hazırda Vaşinqton və Tehran arasında yeni və ya xüsusi heç bir danışıq planlaşdırılmır.

CBS-in məlumatına görə, adlarının açıqlanmasını istəməyən ABŞ rəsmiləri deyib ki, yalnız ABŞ-ın danışıqlar qrupunun rəhbəri Stiv Vitkoff ilə İran rəsmiləri arasında vasitəçilər vasitəsilə adi mesaj mübadiləsi davam edir və gündəmdə heç bir yeni görüş yoxdur.

Bu məlumat elə bir vaxtda yayılıb ki, Tramp bazar günü deyib ki, danışıqlar bazar ertəsindən başlayacaq, lakin İslam Respublikasının rəsmiləri ABŞ ilə hər hansı danışığı təkzib ediblər. Tramp bazar ertəsi günü öz sosial şəbəkəsində İslam Respublikasının liderlərini "ikili" davranışda ittiham edərək yazıb: "Biz istəməsək, İrana heç nə çatmayacaq."