ArazNews
Ana Səhifə / Dünya / Mərəndinin Pakistan əleyhinə çıxışı Pakistanda tənqid dalğasına və mənfi reaksiyalara səbəb olub
Dünya

Mərəndinin Pakistan əleyhinə çıxışı Pakistanda tənqid dalğasına və mənfi reaksiyalara səbəb olub

Mərəndinin Pakistan əleyhinə çıxışı Pakistanda tənqid dalğasına və mənfi reaksiyalara səbəb olub

İslam Respublikasına yaxın təhlilçi Məhəmməd Mərəndinin "biz Pakistan deyilik" şəklindəki sözləri Pakistanın media və təhlükəsizlik dairələrində kəskin reaksiyaya səbəb olub. Mərəndi bu ifadəni İslam Respublikasının ABŞ və İsrailin hücumlarına qarşı fəaliyyətini müdafiə edərkən səsləndirmişdi.

İslamabadda yerləşən özəl fikir mərkəzi olan "Pakistan Strateji Forumu" istehzalı bir cavabda yazıb: "Bəli, biz həqiqətən də Pakistan deyilik". Bu qurum daha sonra Pakistanın nüvə potensialına, nüvə alimlərinin qorunmasına və ölkənin hərbi münaqişə təcrübəsinə işarə edərək iddia edib ki, Pakistan öz nüvə proqramından ABŞ ilə razılaşma çərçivəsində imtina etməyib və real döyüşlərdə İsrail qırıcı təyyarələrini vurub. Bu mövqelər müstəqil bir fikir mərkəzinin baxışıdır və Pakistan hökumətinin rəsmi bəyanatı sayılmır.

Reaksiyaların artmasından sonra Mərəndi açıqlayıb ki, sözləri Pakistan xalqına qarşı yönəlməyib və məqsədi İrana hücumlar zamanı bu ölkənin hökumətinin siyasəti olub. Buna baxmayaraq, onun izahatları da Pakistanlı istifadəçilərin tənqid dalğasını dayandıra bilməyib.