İranın Xarici İşlər Nazirliyi İran, Oman və Səudiyyə Ərəbistanı xarici işlər nazirlərinin regional inkişaflar və Hormuz boğazının təhlükəsizliyini mərkəzə alaraq telefon danışıqları apardığını xəbər verib.
İranın xarici işlər naziri Abbas Əraği bazar ertəsi axşamı Omanın xarici işlər naziri Bədr əl-Busaidi və Səudiyyə Ərəbistanının xarici işlər naziri Faysal bin Fərhan ilə ayrı-ayrılıqda telefon danışıqları aparıb və fikir mübadiləsi edib.
Məlumata görə, tərəflər ikitərəfli və regional münasibətlərin son vəziyyətini müzakirə edib, əməkdaşlığın gücləndirilməsi və ortaq diplomatik səylərin irəlilədilməsinin zəruriliyini vurğulayıb. Həmin müzakirələrin əsas mövzularından biri regionda və Hormuz boğazında sabitliyin təmin edilməsinin vacibliyi olub.