Vaşinqton Misir "Müsəlman Qardaşları" təşkilatının yüksək rütbəli bir məmurunu və bu qrupa bağlı bir sıra fərd və quruluşu Həmasa maliyyə dəstəyi göstərməkdə ittiham edərək terror təşkilatları siyahısına daxil edib.
ABŞ Dövlət Departamenti avqustun 1-i, cümə axşamı axşamı yayımladığı bəyanatda bildirib ki, "Müsəlman Qardaşları" və Həmas terrorizmi maliyyələndirmək üçün vəsait köçürən şəbəkələr idarə edir.
Bəyanata görə, bu təhdidə cavab olaraq Böyük Britaniyada yaşayan həmin qrupun yüksək rütbəli bir məmuru, hamısı Misirdən kənarda yerləşən üç fərd və üç quruluşla birlikdə Həmasa maddi dəstək göstərdikləri üçün sanksiyaya məruz qalıb.
Nazirlik əlavə edib ki, adı çəkilən şəxslər Həmasın rəhbərliyi altında fəaliyyət göstərən şirkət və quruluşlardan, eləcə də xeyriyyə müəssisələri və gizli şəbəkələrdən pul gizlətmək və köçürmək məqsədilə istifadə ediblər.
Böyük Britaniyada mukim olan Misir "Müsəlman Qardaşları"nın Baş Katibliyinin baş katibi Mahmud əl-Əbyari sanksiya tətbiq edilənlər arasındadır.