ABŞ prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində paylaşım edərək bildirib ki, bundan sonra gəmilərə, yüklərə və dəniz daşımacılığı ilə bağlı aktivlərə dəyən hər hansı bir zərər ABŞ-ın nəzarəti və ixtiyarında olan İran aktivlərindən ödəniləcək.
Tramp əlavə edib ki, bu bəyanat növbəti bildirişə qədər ABŞ hökumətinin siyasətinin əsasını təşkil edəcək. O deyib ki, gəmi və yük hadisələri ilə bağlı bütün zərərlər ABŞ-ın sərəncamında olan İranın maliyyə mənbələrindən ödəniləcək.
ABŞ prezidenti bu zərərlərin «çox əhəmiyyətli» ola biləcəyinə işarə edərək həmin addımı «ədalətli və düzgün» olaraq xarakterizə edib.